— İmtahana necə hazırlaşmısan?
— Əla! Qələm aldım, saatı qurdum, bir də dua elədim.
Lətifələr
Göndər— Ata, sən qaranlıqda yaza bilirsən?
— Əlbəttə, bilirəm.
— Onda işığı söndür, gündəliyimə qol çək.
— Həkim, gündə cəmi iki-üç saat yatıram.
— Bu çox azdır!
— Narahat olmayın, gecə də səkkiz saat yatıram.
— Əli, dərsə niyə gecikmisən?
— Müəllim, yolda lövhə var idi: «Diqqət, məktəb! Yavaş get».